Sportal.az qol.az-a istinadən xəbər verir ki, gürcüstanlı mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında istefa verməyi düşündüyünü bildirib:
"Çox məyusuq. Hər iki oyunda daha çox qol imkanları yaratdıq. 120 dəqiqə ərzində də şanslarımız çox oldu. Qırmızı vərəqə və qapımıza penaltinin təyin olunması oyunumuzu dağıtdı. Bilmirəm hakim Azərbaycana hansı fikirlərlə gəlmişdi. Artıq mən yorulmuşam. İstefa verməyi düşünürəm. Mənim istefamı qəbul etsələr, gedəcəm. Bununla belə, yaxşı komanda formalaşdırmışam. Mənim əvəzimə kim gəlsə, onun üçün rahat olacaq".
İkinci hissədə meydana buraxdığı Asif Məmmədovun sonradan əvəzlənməsinə münasibət bildirən K.Sxadadze bunu belə izah edib: "Asif real qol imkanını əldən verdiyi üçün psixoloji olaraq sarsılmışdı. Onun diqqətinin həmin epizodda qaldığını nəzərə alaraq Asifi əvəzlədim".