Norveçlə oyundan sonra
Otağı sükut bürüyüb. Elə bil bu qədər adam iclasa yox, dəfn mərasiminə gəlib. Hamı diqqətlə ona baxır və nəhayət adam ağır-ağır nəfəs alaraq üzünü Mahmud Qurbanova çevirir:
Ay oğğğğuuuul, bu nə oyun idi? Kimin ağlına nə gəlirdi, onu da eləyirdi.
Götürək elə bizim Rauf Əliyevi. Nə qədər demək olar sənə, əl çək də bu xırda-xuruş zərbələrdən. Nə bilim e 35 metrdən zərbə, 2 metrdən arxaya ötürmə. Bəsdirin də.
Ötürmə dedim, yadıma Vaqif Cavadov düşdü. Bizim “gül” kimi ötürmələr qala-qala “turetski” ötürmə zad öyrənib. Sonra təkrar-təkrar baxıram ötürmələrə. “akaziviçka” bu heç “turetski” də deyil. Nə bilim nə zibilskidi. Bunu heç bir futbolçu eləməzdi, sən elədin.
Rəhbərə xoş gəlmək üçün yanındakılardan biri ciddi görkəmlə söhbətə qoşulur: “Mahmud müəllim düz deyir, kollektivin qeydinə qalmaq lazımdır”.
Bu vaxt qeybdən bir səs gəlir: “Sən qələtivi elə, söz veriləndə danışarsan”. Hamı dərhal çönüb Kamran oturan tərəfə baxır. Amma bunu kimin dediyini dəqiq görən olmur. Sözü ağzında qalan adam pərt halda keçib yerində dayanır və öz-özünə nə isə mızıldanır. Yersiz müdaxilədən sonra yenə rəhbər sözünə davam eləyir:
Yoldaşlar, keçirik o biri məsələyə. “Nu oçen vajnı” məsələyə. Məni və bir çox azarkeşləri narahat eləyən məqam odur ki, futbola “ac” tamaşaçılar milli ruh istəyirlər.
Rəhmətlik (Berti Foqts) yığıb bizi boğaza. 6 il uçuruma apardığı bəs deyil, hələ durub Almaniyadan kişi-kişi danışır. Məsələ burasındadır ki, bizə təcili ruh lazımdır. Bu Berti nətər ruhu sındırıbsa, düzəltmək çətindi.
“Tak şto” bizə “ruh” lazımdı. Hardan tapırsız tapın. Qaldı Mahmud Qurbanovun məsələsinə..... Ona İcraiyyə Komitəsi “fatihə” verəcək.
Orxan HƏSƏNQULİYEV
saytlarin hazirlanmasi