"Mançester Yunayted"in hücumçusu Zlatan İbrahimoviçin karyerasını bitirdikdən sonra hansı sahədə çalışacağı maraqla gözlənilir.
Sportal.az xəbər verir ki, 34 yaşlı forvard karyerasını bitirdikdən sonra da futboldan uzaqlaşmayacaq. Ulduz futbolçu məşqçi kimi fəaliyyət göstərəcək. Bu barədə İngilətərə mətbuatı məlumat yayıb. Bildirilir ki, Zalatan 2017-ci ilin yayında məşqçilik kurslarına qatılacaq.
Daha 2-3 il futbol oynamaq gücündə olan futbolçunun karyerasını bitirdikdən dərhal sonra məşqçiliyə başlayacağı qeyd olunur.
saytlarin hazirlanmasi