"Mançester Yunayted"in ən yaxşısı məlum oldu FOTO

10:50 - 8 Sentyabr 2016

"Mançester Yunayted"də ötən ayın ən yaxşı futbolçusu məlum olub.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlər arasında keçirilən sorğunun nəticəsində avqust ayının ən yaxşı futbolçusu müəyyənləşib. Səsvermənin nətəcəsinə əsasən ilk pillənin sahibi Erik Bayi olub. Mançester təmsilçisinə yay transfer pənəcərəsi zamanı keçən 21 yaşlı futbolçu ilk dəfə ən yaxşı adına layiq görülüb. Siyahıda ikinci sıranı Zlatan İbrahimoviç tutub. Üçüncü yerin sahibi isə Deyli Blind olub.

 

Qeyd edək ki, gənc müdafiəçi avqust ayı ərzində "qırmızı şeytanlar"ın heyətində 4 qarşılaşmada iştirak edib.

 

Xəbər xətti