UEFA "Rostov"u cəzalandırdı

12:18 - 10 Sentyabr 2016

UEFA tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanan "Rostov"u cəzalandırıb.

 

Sportal.az xəbər verir ki, buna səbəb rusiyalı azarkeşlərin pley-offun cavab matçı çərçivəsində "Ayaks"la keçirilən oyunda irqçi şüarlar səsləndirməsi olub.

 
Buna görə də "Rostov"un evində PSV ilə oynayacağı matçda 500 nəfərlik A tribunası azarkeşlərin üzünə bağlanılacaq. Bundan başqa rusların 4:1 qələbə qazandığı matçda birbaşa qırmızı vərəqə alan Fedor Kudriaşovun da cəzası açıqlanıb. İş burasındadı ki, növbəti üç oyunda təcrübəli müdafiəçi "Rostov"a kömək edə bilməyəcək.
 
Qeyd edək ki, "Rostov"un qrupda digər rəqibləri "Bavariya" və Madrid "Atletiko"sudu.

 

Xəbər xətti