"Neftçi" klubunun baş məşqçisi Vəli Qasımov xəstəxanaya yerləşdirilib.
Sportal.az xəbər verir ki, bu barədə "Report"a klubun mətbuat xidmətindən məlumat verilib. Klubdan bildirilib ki, dünən gecə 47 yaşlı mütəxəssisin səhhətində problem yaranıb.
"Neftçi" bu gün Premyer Liqanın IV turunda "Qəbələ" ilə qarşılaşacaq. Həmin oyuna komandanı köməkçi məşqçi Tofiq Mustafayev çıxaracaq.