Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində sabah "İnter"lə qarşılaşacaq "Sumqayıt" hazırlığını davam etdirir.
Sportal.az xəbər verir ki, komanda ötən gün Samir Abasovun rəhbərliyi altında "Kapital Bank Arena"da axşam məşqində daha çox toplu çalışmalara üstünlük verib.
Əməliyyatdan sonra bərpa prosesini keçən Məhəmməd Qurbanov da artıq kollektivə qoşulub. Bundan başqa, əvəzedici komandanın üzvləri - Tural Bayramlı və Süleyman Əhmədov da əsas komanda ilə birlikdə çalışıb.
Qeyd edək ki, "Sumqayıt" - "İnter" oyunu sentyabrın 11-də "Kapital Bank Arena"da keçiriləcək. Qarşılaşma saat 20:30-da başlayacaq.
saytlarin hazirlanmasi