Azərbaycan Premyer Liqasının IV turunda "Neftçi" "Qəbələ"yə 8-0 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında paytaxt klubunun məşqçisi Tofiq Mustafayev jurnalistlərin sullarını cavablandırıb:
"Qəbələ" bizi bütün kompenentlərdə üstələdi. Rəqibin hegemonluğu meydançada görünürdü. Komandamızın fiziki durumu bərbad idi. Futbolçular məsuliyyəti dərk etməlidi".
- Bu məğlubiyyət haqqında Vəli müəllimə hesabat verəcəksiz?
- Bəli. Acı olsa da, bunu deməliyik.
- Sizcə, bu məğlubiyyət Vəli müəllimə pis təsir etməz?
- Məncə, yox. Çünki gözlənilən idi. Biz belə biabırçılıq olmasını gözləmirdik. Əgər mübarizə yoxdusa, belə də olacaq. Bu oyunda futbolçularda məsuliyyət hiss eləmədim. Biz məşqçilərin də günahı var.
- Məşqçilər heyəti olaraq istefa vermək istəmirsiniz?
- Baş məşqçimiz istefa versə, biz də verəcəyik.
- Sizcə, "Neftçi" bu vəziyyətdən necə çıxmalıdı?
- Komandanın fiziki hazırlığı yaxşı səviyyədə deyil. Bütün günahı fiziki hazırlıq üzrə məşqçimizin üstünə yıxmaq istəmirəm. O, futbolçulara düzgün məşq keçmir. Bilmirəm onu Vəli müəllim gətirib, yoxsa yox.
- Bəlkə futbolçular bu rəhbərliyin "torba"sını tikmək istəyirlər...
- Yox. Mən belə düşünmürəm. Rəhbərlik həmişə futbolçulara diqqət göstərir.