"Neftçi"nin qapıçısı: "Bu, bizim üçün faciә idi"

00:16 - 11 Sentyabr 2016

"Oyun haqqında nә deyim? Danışmaq çox çәtindir. 0:8 uduzmaq çox pisdir. Karyeramda belә mәğlubiyyәt olmayıb. Hәyatımın әn pis oyunudur".

 

Sportal.az xəbər verir ki, bu sölər "Neftçi"nin qapıçısı Krşevan Santiniyə məxsusdu.  
 
"Neftçi" Azərbaycan Premyer Liqasının IV turunda biabırçı məğlubiyyətlə üzləşib. "Ağ-qaralar" "Əlincə Arena"da "Qəbələ"yə 8-0 hesabı ilə məğlub olub.  Oyundan sonra açıqlama verən 29 yaşlı qolkiper azarkeşlərdən üzr istəyib:

 

"Bütün azarkeşlәrdәn üzr istәyirәm. İkinci qolda kobud sәhvim var idi. Buna görә fasilәdә dә hamıdan üzr istәdim. Peşәkar futbolçular belә oynamamlıdır. Biz böhranın dibindәyik. Bundan betәri yoxdur. Mәn "Neftçi"dә ilk mövsümümdür. Bundan әvvәl nәlәr olduğunu bilmirәm. Azarkeşlәrlә rәhbәrliyin münasibәtinin pis olduğunun da sәbәbini anlamıram".
 
Bildiyiniz kimi, "Neftçi"nin baş məşqçisi Vəli Qasımov səhhətində yaranan problemlərə görə, xəstəxanaya yerləşdirilib. Xorvatiyalı qapıçının fikrincə, məğlubiyyətə səbəb Qasımovun işinin başında olmaması deyil: "Baş mәşqçini yoxluğu belә mәğlubiyyәt üçün sәbәb ola bilmәz. Vәli Qasımovun xәstәxanada olduğunu 2 saat qabaq bildik. Oyundan öncә. Bu, bizim üçün faciә idi. Baş mәşqçidәn dә üzr istәyirәm. O indi xәstәxanadadır. Söz tapa bilmirәm. Onun etimadını itirdik".

Xəbər xətti