Elxan Abdullayev: "Bazanın qapısından içəri keçəndə tüklərim biz-biz olur"

14:22 - 15 Sentyabr 2016

"Neftçi”nin baş məşqçisi Elxan Abdullayev bu vəzifəyə təyin olunması ilə bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, bakılıların çalışdırıcı kluba gəlməsini böyük şans adlandırıb:

 
"Bu hər bir azərbaycanlı məşqçi üçün böyük şansdır. Çox şadam ki, mənə belə bir etimad göstəriblər. "Neftçi” mənim üçün xüsusi bir komandadır – atam Ruslan Abdullayev burada futbolçu və məşqçi kimi çıxış edib. İndiyə kimi hər dəfə bu bazanın qapısından içəri keçəndə tüklərim biz-biz olur. "Neftçi” mənim həyatımın, ailəmin bir hissəsidir, komandanı çətin vəziyyətdən çıxarmağa kömək etmək üçün əlimdən gələni edəcəyəm. Əminəm ki, yorulmadan birlikdə çalışsaq, komandanı layiq olduğu mövqeyə qaytararıq”.

 

Xəbər xətti