Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun ən yaxşı futbolçusu müəyyənləşib.
Sportal.az UEFA-nın saytına istinadən xəbər verir ki, azarkeşlər arasında aparılan sorğuya əsasən, "Barselona"nın hücumçusu Lionel Messi ən yaxşı oyunçu seçilib. O, səslərin 38 faizini toplayıb. Argentinalı ulduz ən yaxın izləyiciləri “Bavariya”lı Coşua Kimmix (27 faiz) və “Lester”li Riyad Mahrezdən (15 faiz) üstün olub.
Qeyd edək ki, L.Messi "Seltik"ə qarşı Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda bu həftə keçirilən görüşdə (7:0) 3 qol vurub, 1 qolun ötürməsini verib.
saytlarin hazirlanmasi