Con Toşak işsiz qaldı

00:31 - 18 Sentyabr 2016

Mərakeşin "Vydad” (Kasablanka) klubu baş məşçisi Con Toşakla yolları ayırıb.

 

Sportal.az xəbər verir ki,  Toşakın komandasının  CAF (Afrika Futbol Konfederasiyası) Çempionlar Liqasında Misirin "Zamalek” klubuna 0:4 hesabı ilə məğlub olduğu oyundan sonra klub rəhbərliyi bu qərarı verib. 

 

Uelsli  mütəxəssis 2014-cü ildən Mərakeş klubunu çalışdırırdı. 

 

Xatırladaq ki, 67 yaşlı Toşak 2012/2013-cü illərdə "Xəzər Lənkəran”ın baş məşqçisi olub.

Xəbər xətti