Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatı davam edir.
Sportal.az xəbər verir ki, bu gecə mundialda qrup mərhələsinə yekun vurulacaq. F qrupunda mübarizə aparan Azərbaycan yığması son görüşündə İranla görüşəcək.
İki turdan sonra qrup ikincisi olan yığmamızı İranla matçda heç-heçə də qane edir. Rəqibinə uduzmayacağı halda, millimiz qrupu ikinci yerdə tamamlayacaq. Bu halda komandamız 1/8 finalda Tailandla qarşılaşacaq.
Məğlub olacağı halda isə futzalçılarımız qrup üçüncüsü kimi 1/8 finala yüksələ bilərlər. Lakin bu halda 1/4 finala gedən yolda millimiz daha güclü rəqiblə - Braziliya və ya İtaliya ilə görüşəcək.
03:00 Azərbaycan - İran
Hakimlər: Sezar Malaqa (Peru), Kristofer Sinkleyir (Yeni Zelandiya), Alessandro Malfer (İtaliya)
Medelin. “Coliseo Ivan de Bedout”
