Samir Abasov: "Belə qolu düşmənimə də arzulamıram" MÜSAHİBƏ

20:29 - 18 Sentyabr 2016

Azərbaycan Premyer Liqasının V turunda "Sumqayıt” doğma meydanında "Kəpəz”i qəbul edib.

 

Sportal.az Futbol11.az saytına istinadən xəbər verir ki, qarşılaşma 1-1 hesablı bərabərliklə başa çatıb. Oyundan sonra keçirilən mətbuat konfransında "Sumqayıt”ın baş məşqçisi Samir Abasov matça bağlı fikirlərini bildirib: 
 
"Pis oynamadıq. Qorxuduğumuz ilk hissə idi. Bəlamız ilk 10 dəqiqəni pis keçirməyimizdi. Bu gün əksinə oldu və ilk hissədə yaxşı oynadıq. Heç kimə arzulamadığımız qol buraxdıq. Belə qolu düşmənimə də arzulamıram. Bu gün biz iki xal itirdik. Əfsuslar olsun ki, komandada stabillik yoxdu. Adlar olaraq təcrübəmiz yoxdu. Təcrübəsizlik oyunlarımıza mane olur. Stabil oynamamağımızın səbəbi budur. İnanırıq ki,yaxşı olacaq”.
 
- Fərhad Vəliyevə buraxdığı qola görə irad bildirdiniz?
- İradımızı bildirdik. Amma yaşını da nəzərə aldıq. Bütün komandaya irad bildirdik və Fərhad da öz payını aldı.
 
- Amil Yunanova nə olub?
- Amilə heç nə olmayıb. Sadəcə, son oyunu və məşqlərdə üərkaçan olmamağı onu meydana buraxmamağıma səbəb oldu. 

Xəbər xətti