DÇ-2016-da 1/8 final mərhələsinin bütün cütlükləri

12:40 - 19 Sentyabr 2016

Kolumbiyada təşkil olunmuş futzal üzrə dünya çempionatının final mərhələsində pley-offa vəsiqə qazanan bütün komandalar müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 1/8 finala yüksələn komandalar arasında Azərbaycan yığması da var. Miltinyonun çalışdırdığı komandamız 1/8 finalda Taylandla qarşılaşacaq. Həmin görüş sentyabrın 22-dən 23-nə keçən gecə Bakı vaxtı ilə 02:30-da start götürəcək. Qarşılaşma hazırda yığmamızın məskunlaşdığı Medelin şəhərindəki “Coliseo Ivan de Bedout”da keçiriləcək.

 
1/8 finalda qarşılaşacaq bütün cütlüklər isə belədir:

Kolumbiya - Paraqvay
Braziliya - İran
Rusiya - Vyetnam
İspaniya - Qazaxıstan
Argentina - Ukrayna
İtaliya - Misir
Tailand - Azərbaycan
Portuqaliya - Kosta Rika

Xəbər xətti