“Qarabağ”ın rəqibindən iki yeni transfer

17:45 - 31 Oktyabr 2016

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Fiorentina” klubu qış fasiləsində heyətini gücləndirməyə hazırlaşır.

 

Sportal.az xəbər verir ki, Florensiya təmsilçisi “Napoli”də ehtiyatda qalan Emanuel Cakkerinini və “Roma”da əsas əsas heyətə düşməyən Xuan İturbeni rənglərinə bağlamağa çalışır.

 

Baş məşqçi Paulu Souza mövsümün ikinci yarısında hər iki futbolçunun xidmətindən yararlanmaq istəyir. 46 yaşlı portuqaliyalı mütəxəssis sözügedən futbolçuların 4-2-3-1 taktiki sxeminə uyğun gəldiyini düşünür.   

Xəbər xətti