"Yuventus"da ciddi itki

00:58 - 1 Noyabr 2016

"Yuvenntus"un heyətincə ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, komandanın aparıcı futbolçularından olan Corcio Kyellini sıradan çıxıb. Turin təmsilçisinin rəsmi saytından yayılan açıqlamada bildirilir ki, təcrübəli futbolçu 2 həftə yaşıl meydanlardan kənar qalacaq.

 

Qeyd edək ki, 32 yaşlı mərkəz müdafiəçisi İtaliya A Seriasının "Napoli" ilə matçında (2:1) zədələnib.

Xəbər xətti