"Mançester Siti”nin çalışdırıcısı Xosep Qvardiola “Barselona” ilə oyunöncəsi açıqlama verib.
Sportal.az xəbər verir ki, ispan məşqçi oyuna ciddi hazırlaşdıqlarını bildirib.
“İlk oyundan fərqli olaraq bu oyunu udmaq etimadımız daha yüksəkdi. Çempionlar liqası fərqli yarışdı. Daha az vaxtda ən yaxşı tərəflərimizi göstərməliyik. "Barselona" üçün yox, amma bizim üçün bu qarşılaşma finala bərabərdir. Biz 0-4 hesabı ilə məğlub olduğumuz oyundan da bir şey öyrənirik”.
Qvardiola 5 dəfə "Barselona"ya qarşı oynadığını da əlavə edərək, mümkünsüz anlarda belə qələbəyə inanmaq lazım olduğunu bildirib:
“Bu 11-liyə qarşı döyüşmək hər zaman çətin olub, hətta, 10 nəfərlə belə daha çətin olur. Vili Kabalyero oyuna hazırdır. Bravonun yoxluğunda ona güvənirəm”.
45 yaşlı çalışdırıcı komandanın hücumçusu Serxio Aquero haqqında da açıqlama verib:
“Komanda ilk oyununda gözlədiyimiz nəticəni göstərmədi, ancaq Aquero öz üzərində çalışır. Səviyyəsini yüksəltməkdə ona kömək edirəm”.
saytlarin hazirlanmasi