Millinin sabiq üzvü keşiş oldu

17:38 - 1 Noyabr 2016

Şimali İrlandiya millisinin  sabiq üzvü Filip Malrayn katolik keşişi olub.

 

Sportal.az xəbər verir ki, veteran mərkəz yarımmüdafiəçisi oktyabr ayının 29-də bu görəvə təyinat alıb. O, keşiş olmaq üçün kollecdə təhsil alıb və dini biliklərini artırıb. 
 
Qeyd edək ki, Malrayn 2008-ci ildə karyerasını başa vurub. O, "Mançester Yunayted”in yetirməsi olub. Hazırda  38 yaşı olan Filip "Mançester Yunayted”lə yanaşı "Norviç”, "Kardiff Siti” və "Leyton Orient” kimi komandalarda forma geyinib. 

Xəbər xətti