Kapello sirrin üstünü açdı: "Benzema niyə əsas heyətdə yer alır"

18:57 - 1 Noyabr 2016

“Real”ın sabiq baş məşqçisi Fabio Kapello start heyətdə Kərim Benzemanın yer almasına münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis fransalı forvardı “Kral klubu”nun digər hücumçusu Moratayla müqayisə edib. Təcrübəli çalışdırıcı Benzemanın ilk “11”likdə niyə yer aldığını da açıqlayıb:

 

“Zidan hücumda kimi oynadacağı haqda qərar verməyə çətinlik çəkir. Belədə dillema qarşısında qalan baş məşqçi Benzema və Morata arasında seçim edir. Fransalı futbolçunun əsas heyətdə yer alması aydın məsələdir. Benzema klub prezidenti Florentino Peresin ən xoşladığı futbolçudu”.

Qeyd edək ki, cari mövsüm 8 oyuna çıxan Kərim Benzema rəqib qapılarına 4 dəfə yol tapa bilib.      

Xəbər xətti