Yunanıstanın PAOK klubunun baş məşqçisi Vladimir İviç və "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək oyundan öncə mətbuat konfransı keçirəcək.
Sportal.az Saloniki təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, İviçin görüşü sabah Bakı vaxtı ilə saat 17:30-da, Qurbanovun konfransı isə 21:00-da start götürəcək.
PAOK-un oyundan öncəki son məşqi sabah saat 20:00-da, "Qarabağ"ın hazırlığı isə 21:30-da başlayacaq.
Qeyd edək ki, PAOK - "Qarabağ" matçı noyabrın 3-də Salonikidəki "Tumba" stadionunda keçiriləcək və saat 00:05-də start götürəcək.
saytlarin hazirlanmasi