FİFA milli komandaya texniki məğlubiyyət verdi

00:44 - 2 Noyabr 2016

FİFA Boliviya milli komandasını sərt şəkildə cəzalandırııb.

 

Sportal.az xəbər verir ki, dünyanın ali futbol qurumu milliyə texniki məğlubiyyət verib. Buna səbəb isə DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Boliviya millisinin heyətində Nelson Kabreranın Peru və Çili yığmalarına qarşı oynaması olub.
 
33 yaşlı futbolçu daha öncə Paraqvay millisinin əsas komandasında çıxış edib. Bu isə FIFA-nın qaydalarına ziddir.

 

Xatırladaq ki, Boliviya Peruya qalib gəlmiş (2:0), Çili ilə qolsuz bərabərə qalmışdı.

Xəbər xətti