Şenol Günəş: "Xoşbəxtliyimiz az oldu, amma yenə qürur duyuruq"

01:09 - 2 Noyabr 2016

"Beşiktaş" Çempionlar Liqası qrup mərhələsinin 4-cü turunda doğma meydanda İtaliyanın "Napoli" klubu ilə qarşılaşıb.

 

Sportal.az xəbər verir ki, 1 - 1 hesablı bərabərliklə başa çatan matçdan sonra keçirilən mətbuat konfransında İstanbul nəhənginin baş məşqçisi jurnalistlərin suallarını cavablandırıb. Təcrübəli mütəxəssis qrupdan çıxmaq üçün şanslarının hələ bitmədiyini bildirib:

 

"Çox çətin oyun oldu. Yaxşı rəqibə qarşı oynadıq. Qqrupda şanslar davam edir. Hər bir komanda iddialıdı. Qələbə qazansaydıq şanslarımız artacaqdı. Gözlənilməz qol buraxmaq bir az üzücüdü. Hamşik gözəl qol vurdu. Azarkeşlərimizin dəstəyi möhtəşəm idi.

 

Hesabda önə keçdikdən sonra o qolu buraxmamalı idik. Oyundan əvvəl futbolçulara "həm xoşbəxt olaq, həm də qürur duyaq" demişdim. Xoşbəxtliyimiz az oldu, amma yenə qürur duyuruq. Hər kəs əlindən gələni etdi.

 

Qrupumuz çox maraqlıdı. "Napoli"dən 4 xal almışıq. Xallarımız bərabər olsa, üstünlük bizim tərəfimizdədi. Doğma meydanda "Benfika" ilə oynayacağıq. O matçı qazansaq çox böyük üstünlük əldə edəcəyik".

Xəbər xətti