"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının qrup mərhələsində "Barselona"ya 3:1 hesabı ilə qalib gəldikləri oyunla bağlı fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının oyununu belə şərh edib:
"Barselona" ilk 30 dəqiqədə möhtəşəm oynadı. Bizim oyunun əvvəlində çox problemimiz var idi. Rəqib 2-ci qolu da vura bilərdi. Hesabı bərabərləşdirdikdən sonra vəziyyət dəyişdi. İlkayın qolu ilə üstünlük bizim tərəfə keçdi. Mən uşaqlara görə çox sevinirəm, çünki ilk dəfə dünyanın ən güclü klubunu məğlub etdik".
saytlarin hazirlanmasi