AVRO-2020: Daha bir şəhərin loqosu təqdim olundu

16:26 - 2 Noyabr 2016

Bu gün Avro-2020-yə ev sahibliyi edəcək 13 şəhərdən birinin - Kopenhagenin loqosunun təqdimat mərasimi olub.

 

Sportal.az UEFA-nın saytına istinadən xəbər verir ki, tədbirdə Danimarka Futbol Federasiyasının prezidenti  Allan Hansen, UEFA-nın baş katibi Teodor Teodoridis və digər şəxslər iştirak edib.

 

Qeyd edək ki, buna qədər  Bakı, London, Roma, Buxarest, Qlazqo və Münhenin loqoları təqdim olunub.

 

Kopenhagenin loqosu təqdim olundu - <b style="color:red"> “Avro-2020”</b>

Xəbər xətti