Fransalı futbolçu villasını satışa çıxardı

18:11 - 2 Noyabr 2016

Fransa millisinin sabiq üzvü Samir Nəsri İngiltərəyə qayıtmaq fikrində deyil.

 

Sportal.az xəbər verir ki, transfer hüququ “Mançester Siti”yə məxsus olan 29 yaşlı futbolçu hazırda icarə əsasında “Sevilya” klubunda forma geyinir.

 

“Dumanlı Albion”a geri dönmək istəməyən yarımmüdafiəçi orada yerləşən villasını satışa çıxarıb.  Sauna, basseyn, fitnes və kinoteatr zalı olan vilanın satış qiyməti 7 milyon dollardı.

 

 

Xəbər xətti