“Mançester Siti” klubunun belçikalı oyunçusu Kevin de Bruyne “Barselona” üzərindəki qələbədən sonra iddialı açıqlamalar verib.
Sportal.az xəbər verir ki, 23 yaşlı futbolçu fikirlərini bu cür bölüşüb:
“Bu layiqli qələbə idi. Oyunu 4-0 hesabı ilə yekunlaşdırmaq şansımız var idi, ancaq 3-1 hesabı ilə kifayətləndik. Hesab 1-1 olanda, artıq mən qalibiyyət barədə düşünməyə başlayırdım. “Barselona” çox güclüdür, lakin biz də sübut etdik ki, gücümüz bu komanda üzərində də qalibiyyətə yetir. Bu qələbə bizi arxayınlaşdırmır, öz oyunumuzu tapırıq. Komandamla titul qazanmaq istəyirəm. Fikrimcə, ÇL-nin qalibi ola bilərik”.
saytlarin hazirlanmasi