Falkao: "Keçmiş formamı yavaş-yavaş bərpa edə bilirəm"

15:15 - 3 Noyabr 2016

Çempionlar Liqasının qrup mərhələsində 6,5 ildən sonra Moskva ÇSKA-sı ilə matçda qol vuran “Monako”nun futbolçusu Radamel Falkao oyundan sonra fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, kolumbiyalı forvard qol vurduğuna görə xoşbəxt olduğunu söyləyib:

 

“Qalib gəldiyimiz üçün xoşbəxtəm. “Monako”nun heyətində ÇL-də ilk dəfə oynayıram və ilk qollarımı vurdum. Qələbədə böyük rol oynamaq qürurvericidir. Komandama qazanılan qələbələrdə kömək etmək istəyirəm. Liderlik xüsiyyətlərimlə gənc oyunçulara kömək etmək istəyirəm. Keçmiş formamı artıq yavaş-yavaş bərpa edə bilirəm”.
    

Qeyd edək ki, “Monako” ÇSKA-nı 3:1 hesabı ilə məğlub edib. Falkao oyunda dubl edib.

Xəbər xətti