Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 11-ci tura start verilib.
Sportal.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. “Kəpəz” “Sumqayıt”ı qəbul edib. Qarşılaşma Gəncə təmsilçisinin böyük hesablı qələbəsi ilə başa çatıb.
“Kəpəz” - “Sumqayıt” - 3:0
Qollar: Yusif Cəfərov, 66. Sahib Cümşüdov, 72-öz qapısına. Məhəmməd Axundov, 90+3.