Şahin Diniyev: "Bunu düşünsək, gərək sabah oyuna çıxmayaq"

18:33 - 4 Noyabr 2016

Azərbaycan Premyer Liqasının XI turu çərçivəsində “Kəpəz” doğma meydanda “Sumqayıt”ı qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Şahin Diniyev bu qarşılaşma ilə bağlı fikirlərini klubun rəsmi saytına açıqlayıb.

 

“İtkilərlə bağlı məsələ artıq arxada qalıb. Bunu düşünsək, gərək sabah oyuna çıxmayaq. Heyətdə olan futbolçulardan maksimum şəkildə istifadə etməyə çalışacağıq. Gəncə azarkeşlərini sevindirmək istəyirik, ona görə də itkiləri düşünmürük. Digərləri onları əvəzetməyə çalışacaqlar. Bizim üçün ən çətin oyunlardan biri olacaq. Əsas heyətdən futbolçuların olmaması və komandanın turnir cədvəlindəki vəziyyəti bizi sevindirmir. Qazanılacaq qələbə bizi 4-cü pilləyə yüksəldə bilər və bununla da uğurlu başlanğıcın əsasını qoya bilərik”. 

 

Qeyd edək ki, "Kəpəz" - "Sumqayıt" matçı sabah saat 14:30-da start götürəcək.

Xəbər xətti