Azərbaycan Çempionatının XI turunda doğma divarlar arasında “Sumqayıt”la qarşılaşacaq “Kəpəz” bu gün Gəncəyə gedib.
Sportal.az xəbər verir ki, oyuna hazırlığın əsas hissəsini Bakıda keçirən komanda matç öncəsi son məşqinə görüşə ev sahibliyi edəcək stadionda çıxıb.
Təxminən 45-50 dəqiqə sürən hazırlıq prosesi yüngül xarakter daşıyıb. İsinmə təmrinlərinin yerinə yetirilməsi başlayan məşq toplu çalışmalarla davam edib və taktiki məşqlə başa çatıb.
saytlarin hazirlanmasi