Şahin Diniyev açıqladı: Juninyo "Kəpəz"ə qayıdır?

11:37 - 5 Noyabr 2016

Ötən mövsümün sonunda "Kəpəz"dən ayrılan braziliyalı futbolçu Junior Osvaldo hələ də azad agent statusu daşıyır.

 

Sportal.az xəbər verir ki, son günlər yarımmüdafiəçinin "Kəpəz"lə danışıqlar apardığı haqda məlumatlar yayılıb.
 
Gəncə klubunun çalışdırıcısı Şahin Diniyev saytımıza verdiyi açıqlamada yayılan xəbərləri təkzib edib. Təcrübəli mütəxəssis "Kəpəz"in Juninyo ilə danışıqlar aparmadıqlarını və onun yenidən komandaya qayıtmaq məsələsinin gündəmdə olmadığını söyləyib.

 

Qeyd edək ki, 34 yaşlı Juninyo ötən mövsüm "Kəpəz"in heyətində 33 oyun keçirib və 6 qol vurub.

Xəbər xətti