Azərbaycan Premyer Liqasının XI turunda öz meydanında “İnter”i qəbul edən “Neftçi” 2:1 hesablı qələbə qazanıb.
Sportal.az xəbər verir ki, sözügedən matçı izləyənlər arasında “Xəzər Lənkəran”ın sabiq futbolçusu Adrian Pit də olub. Əldə etdiyimiz məlumata görə, rumıniyalı futbolçu şəxsi işləri əlaqədar olaraq Bakıya gəlib. Daha dəqiq desək, Pitin bir müddət əvvəl fəaliyyətini dayandıran “Bank Standart”da əmanətləri olub. O, bağlanmış bankla olan problemini həll etmək üçün paytaxtımıza təşrif buyurub.
Qeyd edək ki, Pit 2011/14-cü illərdə “Xəzər Lənkəran”da oynayıb.
saytlarin hazirlanmasi