Cari mövsüm işləri yaxşı getməyən “İnqolştad” klubunda baş məşqçi dəyişikliyi gözlənilir.
Sportal.az xəbər verir ki, Markus Kauçinskinin başçılığı altında 10 oyun keçirən komanda hələ qələbə üzünə həsrətdi.
Bu azmış kimi son turda “İnqolştad”ın doğma meydanda “Auqsburq”a 0:2 hesablı məğlubiyyəti 46 yaşlı mütəxəssisin gedişini tezləşdirə bilər. Ötən il “Karlsrue”ni çalışdırmış Markus Kauçinski mövsümün əvvəlində “qaralar”ın “sükanı” arxasına keçib.
Qeyd edək ki, 10 turdan sonra aktivinə 2 xal yazdıran “İnqolştad” turnir cədvəlinnin 17-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi