"Oyundan öncə də bilirdik ki, çətin, ağır qarşılaşma olacaq. Matçın gedişi gözləntilərimizi ortaya qoydu".
Sportal.az xəbər verir ki, bunu "Kəpəz"in futbolçusu Tural Nərimanov Azərbaycan Premyer Liqasının XI turunda "Sumqayıt"la ev oyunundan sonra klub saytına açıqlamasında deyib.
O, qolsuz heç-heçə ilə başa çatan oyun haqda bunları bildirb: "Əlbəttdə ki, evdə oynadığımızdan məqsədimiz qələbə qazanmaq idi. Həm xal ehtiyatını artırmaq, həm də azarkeşləri sevindirmək istədiyi ilə meydana çıxmışdıq. Amma alınmadı. İkinci hissədə komanda yoldaşımızın qırmızı vərəqə alması işimiz çətinləşdirdi. Bundan sonra çalışdıq ki, heç olmasa qapımızdan qol buraxmayaq. Bunun da öhdəsindən gəldik. Qarşıdakı oyunlara ciddi hazırlaşıb qələbə qazanmağa çalışacağıq".
saytlarin hazirlanmasi