"Qarabağ"la oyunda yaxşı nəticə əldə etməyə çalışacağıq"

15:05 - 7 Noyabr 2016

“Oyun çətin keçdi. Meydançanın vəziyyəti ideal olmasa da, şərait hər iki komanda üçün eyni idi”.

 
Sportal.az xəbər verir ki, bunu "Kəpəz"in futbolçusu Azad Kərimov Azərbaycan Premyer Liqasının XI turunda "Sumqayıt"la ev oyunundan sonra klub saytına açıqlamasında deyib.
 
O, qolsuz heç-heçə ilə başa çatan oyun haqda bunları bildirb: “Azlıqda qaldıqdan sonra da mübarizəmizi davam etdirdik, təslim olmadıq, vuruşduq. Bizə qələbə lazım idi. Buna da şükür. Bir xal da pis deyil. “Qarabağ”la oyuna ciddi hazırlaşıb yaxşı nəticə əldə etməyə çalışacağıq. Məşqçilər korpusu mənə əsas heyətdə oynamaq üçün yer verib, fikrimcə, özümü pis göstərmirəm. Belə çıxış etməyə çalışacağam”

Xəbər xətti