Polşa millisinin üzvü: “Göz yaşlarımı saxlaya bilmədim”

17:25 - 7 Noyabr 2016

DÇ-2018-in seçmə mərhələsində Danimarka ilə oyunda ciddi zədəylə üzləşən Polşa milisinin aparıcı üzvü Arkadiuş Milik çətin günlərini arxada qoyub.

 

Sportal.az xəbər verir ki, sol dizində çarpaz bağları yırtılan 22 yaşlı futbolçunun meydanlara dönüşü 6 ay çəkəcək. Cərrahiyyə əməliyyatından çıxan “Napoli”li forvard hazırda zədəsini sağalmat üçün müalicə kursu keçir:  

 

“Tezliklə meydanlara qayıtmağım üçün həkimlər əllərindən gələni edirlər. Çətin günlər arxada qaldı. Zədə aldığım günü yaxşı xatırlayıram. Müayinə zamanı çarpaz bağların yırtıldığını biləndə göz yaşlarımı saxlaya bilmədim. Elə bildim ki, futbolla bir dəfəlik vidalaşıram. Lakin həkimlər əməliyyat yoluyla yenidən futbola qayıdacağımı dedilər. İndi görürəm ki, onlar düzgün qərar veriblər”.                      

Xəbər xətti