Şimali İrlandiyanın heyətində daha bir itki

00:28 - 8 Noyabr 2016

DÇ-2018-in seçmə mərhələsində öz meydanında Azərbaycan yığmasını qəbul edəcək Şimali İrlandiya millisi daha bir itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, Maykl O`Nil böyük ehtimalla yığmamızla oyunda Stuart Dallasın xidmətindən istifadə etməyəcək. 
 
Yerli mətbuatda yer alan xəbərə görə, Dallas millinin toplanışında iştirak etsə də, Azərbaycanla oyunda iştirak etməyəcək. Buna "Lids” də forma geyinən futbolçunun uzun müddətdi zədədən əziyyət çəkməsi səbəb olub. Belə ki, Dallas oktyabrın əvvəlindən yaşıl meydanlara çıxmır və oyun təcrübəsi az olduğu üçün yığmamızla oyunda şans qazanmayacaq. 
 
Qeyd edək ki, noyabrın 11-də baş tutacaq matçda Ceymi Uordun da iştirak etməyəcəyi dəqiqdi. 

Xəbər xətti