Aqollinin komandası üçün terror təhlükəsi

00:28 - 9 Noyabr 2016

DÇ-2018-in seçmə mərhələsin çərçivəsində baş tutacaq Albaniya - İsrail matçının yeri dəyişdirilib.

 

Sportal.az xəbər verir ki, qarşılaşmanın yerinin dəyişdirilməsinə səbəb bomba təhlükəsi olub. Albaniya polisi oyunun baş tutacağı Şkodra şəhərindəki stadionda terror törədiləcəyi ilə bağlı məlumat əldə etdiyi üçün belə qərar qəbul edilib.

 

Albaniya - İsrail matçının Elbasandakı “Elbasan Arena”da keçiriləcək.

 

Qeyd edək ki, Albaniya milli komandasının heyətində "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli də çıxış edir.

Xəbər xətti