"Kəpəz" başladı

17:12 - 9 Noyabr 2016

Azərbaycan Premyer Liqasının XI turunun oyunundan sonra 3 gün istirahətə buraxılan “Kəpəz”in əsas komandasının üzvləri bu gün məşqləri bərpa edib.

 

Sportal.az xəbər verir ki, "sarı-göylər” bu gün də daxil olmaqla noybarın 12-nə kimi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşq edəcək. Gəncə klubunun məşqləri hər gün saat 11:00-da başlayacaq.  

 

Qeyd edək ki, çempionatın XII turunda komanda səfərdə “Qarabağ”la qarşılaşacaq. Bu oyun noyabrın 19-da keçiriləcək.

Xəbər xətti