"Qarabağ"ın rəqibinə şok: Ölkədə futbol yarışları dayandırıldı

00:15 - 10 Noyabr 2016

Yunanıstanda bütün futbol yarışları qeyri-müəyyən müddətə dayandırılıb.

 

Sportal.az xəbər verir ki, bu barədə Yunanıstan Futbol Federasiyası qərar verib. Buna ölkənin  Hakimlər Komitəsinin sədri Giorgos Bikasın evinin yandırılması səbəb olub.

 

Federasiya hadisədən sonra ölkədə bütün futbol yarışlarını qeyri-müəyyən müddətə dayandırıb. Bu barədə FİFA və UEFA-ya məlumat verilib. 

 
Qeyd edək ki, Salonikini təmsil edən PAOK klubu Avropa Liqasında "Qarabağ”la eyni qrupda yer alıb.

Xəbər xətti