Millimizlə oyundan öncə yanğın təhlükəsi

12:12 - 10 Noyabr 2016

Milli komandamızın DÇ-2018-in seçmə mərhələsindəki rəqibi Şimali İrlandiya millisinin qaldığı otelin dayanacağında yanğın baş veri. 
 
Sportal.az
xəbər verir ki, yanğın dayanacaqda park edilmiş avtomobildə baş verib. Yanğn zamanı Şimali İrlandiya yığmasının futbolçuları da oteldə olublar. Ancaq hadisə yerinə cəlb olunan yanğınsöndürənlər avtomobili dərhal söndürüblər və yanğının ətraf ərazilərə keçməsinə imkan verməyiblər. 
 
Hazırda polis hadisə ilə bağlı araşdırmalar aparılır. İlkin məlumatlara görə, yanğın qəsdən törədilməyib. 
 
Qeyd edək ki, Şimali İrlandiya - Azərbaycan oyunu sabah keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. 

Xəbər xətti