Milli komandanın oyunu ilə əlaqədar çempionatda yaranan fasilədə AZAL iki yoxlama oyununda qüvvəsini sınayacaq.
Sportal.az xəbər verir ki, baş məşqçi Tərlan Əhmədovun tərtib etdiyi hazırlıq planına əsasən komanda noyabrın 13-də Həvəskarlar Liqasında mübarizə aparan "Liman”ı sınaga çəkəcək. Bu görüş "AZAL Arena”da baş tutacaq.
Növbəti oyunda isə rəqib gənclərdən ibarət yıgma olacaq. Yaşar Vahabzadənin rəhbərlik etdiyi U-21-lə görüş noyabrın 15-də Bakı Olimpiya Stadionunun yardımçı meydançasında keçiriləcək.
saytlarin hazirlanmasi