AFFA-nınn bayrağı altında keçirilən U-19 liqasında və eləcə də əvəzedici komandaların çempionatında çıxış edən komandalar ciddi problemlə üzləşib.
Sportal.az xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alan futbolçuların məşqlərə və oyunlara gəlməkdə böyük maneə ilə üzləşib.
Əgər məşqlər və oyunlar günorta saatlarına düşürsə, futbolçular seçim qarşısında qalır. İş ondadır ki, İdman Akademiyasının rəhbərliyi futbolçuların məşqlərə və oyunlara getməsinə icazə vermirlər. Onlara deyilir ki, dərsdə olmalıdılar və əgər dərsdə iştirak etməsələr onlara "qayıb" qoyulacaq və "qayıblar"ın sayı çox olsa onlar akademiyadan qovulacaq.
Klublar bununla bağlı AFFA-ya müraciət etsələr də bu da işə yaramır. Çünki federasiya akademiyaya futbolçuların məşqlərə və oyunlara getməsi üçün icazə kağızı verir. Lakin akademiya rəhbərliyi bu kağıdı qəbul etmir. Ordan deyilir ki, yalnız AGİN-dən kağız gəlsə, keçərli olacaq. AFFA ilə AGİN arasında isə münasibət o qədər də isti deyil və bu üzdən federasiya da bu məsələyə görə hələ ki, nazirliyə ağız açmaq istəmir. Nəticədə futbolçular çətin durumda qalır. Əksər futbolçu təbii ki, universitetdən qovulmamaq üçün məşqi yox, dərsi seçir və bu da onun oyunuan ciddi təsir edir. (Rekord.az)
saytlarin hazirlanmasi