"Mançester Yunayted" məktəbi "Bayıl Arena"dan imtina edib.
Sportal.az Rekord.az-a istinadən xəbər verir ki, AFFA və "Bakcell"lə birlikdə uşaq futbolu ilə bağlı layihə həyata keçirdən ingilislər uşaqlara daha orada məşq keçmək istəmədiklərini AFFA rəhbərliyinin diqqətinə çatdırıblar.
Buna səbəb Bayıldakı meydançanın süni olmasıdır. Düzdür, uzun müddətdir məşqlər həmin stadionda keçilib. Lakin "Bayıl Arena"nın süni örtüyünün keyfiyyətinin itməsini və meydançanın fəsadlarının get-getə artdığını görən ingilislər ordan imtina etməyə qərar verib. Bundan sonra "Mançester Yunayted" məktəbinin məşqləri Bakı Olimpiya Stadionunun təbii örtüklü yardımçı meydançasında keçiriləcək.
saytlarin hazirlanmasi