EFA Polşanın "Legia" kubunu cəzalandırıb.
Sportal.az xəbər verir ki, buna klub azarkeşlərin özünü intizamsız aparması səbəb olub.
Belə ki, polşalı fanatlar Çempionlar Liqasının F qrupu çərçivəsində keçirilən "Real" - "Legia" matçından öncə "Santiaqo Bernabeu" stadionun ətrafında ixtişaş törədiblər. Nəticədə 5 ispan polisl və iki azarkeş yaralanıb.
Bunun cəzasını isə klub çəkməli olacaq. Belə ki, "Legia" UEFA tərəfindən 80 min avro dəyərində cərimələnib. Bundan başqa "Legia"lı azarkeşlər Dortmundda keçiriləcək "Borussiya" ilə oyuna da buraxılmayacaq. Cəza klubun iki səfər matçını əhatə edir.
Qeyd edək ki, sözügedən qarşılaşma madridlilərin 5:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.
saytlarin hazirlanmasi