Dünya çempionatının seçmə mərhələsinin oyunları səbəbindən Premyer Liqada yaranan fasilə müddətində "Kəpəz" yoxlama oyunu keçirib.
Sportal.az xəbər verir ki, Şahin Diniyevin komandası bu gün “Dalğa Arena”da 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilə qarşılaşıb.
Oyun “sarı-göylər”in 3:0 hesablı qələbəsi ilə başa çatıb.
İlk hissədə Orxan Əliyev və Şəhriyar Rəhimov fərqlənib. Fasilədən sonra isə Tural Nərimanov görüşdə son nöqtəni qoyub.
"Kəpəz" noyabrın 14-dən məşqləri bərpa edəcək.
saytlarin hazirlanmasi