"O, mənim həmkarımdı. İstəməzdim ki, belə olsun".
Sportal.az xəbər verir ki, bu sözləri Sportinfo.az-a açıqlamasında AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib. Bilindiyi kimi, AZAL – "Qəbələ" matçının (0:0) 14-cü dəqiqəsində “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırılıb. Ukraynalı mütəxəssis 1 oyunluq cəzalanıb, klubu 800 manat cərimə olunub.
Tərlan Əhmədov bu hadisəyə görə təəssüfləndiyini bildirib: "Onunla mənim aramda heç nə olmayıb. Bizim bir-birimizi təhqir etməyimizlə bağlı yazılanlar bəzi adamların fantaziyasıdı. Allaha and içirəm ki, mən Oriqorçuku söyməmişəm. Sadəcə, oyun vaxtı İlqar Ələkbərova dediyi sözləri özünə xatırlatmışam ki, belə olmaz, söyməyi yığışdır.
O da mənə cavab verdi ki, görürsən də, sənin futbolçuların nə edir. Mən də dedim ki, bu futboldu, sərt oyun gedir. Aramızda başqa söhbət olmayıb. Onu özündən çıxaran İlqarın yerdə qalan futbolçusunu təpikləməsi idi. Mən bu barədə fikrimi elə sizin saytınız vasitəsilə ictimaiyyətə açıqlamışam.
Yenə təkrar edirəm: AFFA İlqarı cəzalandırması düzgün qərardı. Hakimlər həmin epizodu görsəydi, Qriqorçuk sakitləşdirdi. İndi neyləmək olar, belə alındı. O, Azərbaycana gəlmiş azsaylı səviyyəli mütəxəssislərdən biridi. Bunu "Qəbələ"də qazandığı nəticələr də göstərir".