Əliyar Ağayevin idarə etdiyi matçda Kipr qələbə qazandı

00:15 - 14 Noyabr 2016

Azərbaycanlı FİFA referisi Əliyar növbəti beynəlxalq matçını idarə edib.

 

Sportal.az xəbər verir ki, referimiz DÇ-2018-in seçmə mərhələsində baş tutan Kipr - Cəbəllütariq matçında ədaləti qoruyub.
 
Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Ağayev meydan sahiblərindən Ceyson Demetriou  və Pyeros Soterionunu sarı vərəqə ilə cəzalandırıb. Ağayev qonaqlara da iki sarı vərəqə göstərib. Ancaq bu, eyni futbolçuya - Ceys Mascarenhas-İliveroya olduğundan qırmızı vərəqə ilə nəticələnib.
 
Qeyd edək ki, Ağayevə bu oyunda Rza Məmmədov, Zeynal Zeynalov və Orxan Məmmədov yardımçı olub. 

Xəbər xətti