Eks "Xəzər Lənkəran"lı futbolçu Sadio Tounkara, Şüvəlan təmsilçisi AZAL ilə mövsümün sonuna kimi müqavilə imzalayıb.
Sportal.az xəbər verir ki, futbolçu yeni həftədən komanda ilə məşqlərə başlayacaq. Bir müddət öncə isə onun "Şəmkir" klubuna keçidi gündəmdə olsa da, tərəflər maliyyə məsələsində razılaşa bilməmişdilər. (sportinfo)
Qeyd edək ki, Tounkara 2012-2015-ci illərdə "Xəzər Lənkəran"da çıxış edib.
saytlarin hazirlanmasi